• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 06.03.2024 19:55

Bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək

KepezTV Player

Bu ildən müəllimlərə sertifikatlar elektron qaydada veriləcək. Müəllimlərin işini yüngülləşdirəcək bu təklif Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin media üçün keçirdiyi bu günkü brifinqdə səsləndirilib. Tədbirdə təhsil sahəsindəki bir sıra məsələlərdən və yeniliklərdən də danışılıb.

Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək. Yalnız diaqnostik qiymətləndirilmə olacaq. Qaydalara əasən bu proses 2026-cı ilə qədər tamamlanmalı və 17 minə nəfər bu prosesdə iştirak etməlidir.

Eşqi Bağırov- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru: “Diaqnostik qiymətləndirmə təxminən ölkənin bütün coğrafiyasını əhatə edəcək, regiondan aslı olmayaraq bütün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər bu prosesdə iştirak edəcək. Proses yay aylarında təşkil olunacaq, bir mərhələdən ibarət olacaq və bu mərhələ yalnız test imtahanından ibarət olacaq, imtahanlar elektron qaydada təşkil olunacaq, namizədlərə 60 test tapşırığı veriləcək. Məzmun daha çox uşaq psixologiyası, pedaqogika və nəzəri suallardan da ibarət olacaq”.

Ümumtəhsil müəssisələrində çalışan müəllimlərə sertifikatlar artıq bu ildən etibarən elektron qaydada veriləcək. Bu qərar kağız daşıyıcılarının yaratdığı müəyyən problemləri aradan qaldırmağa hesablanıb.

Eşqi Bağırov- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru: “Əvvəlki illərdə bu sertifikatlar kağız daşıyıcılarda verilirdi. Bu, həm əlçatanlıq baxımından, həm müəllimlərə yəni daha şəffaf, daha dəqiq məlumatlarla təmin etmək baxımından çətinlik yaradırdı. Düşünürük ki, bu ildən etibarən bu prosesin elektron qaydada təşkili böyük müəllim kütləsini də məmnun edəcək, bizim üçün də daha çevik qərarlar verməyə, çevik xidmət göstərməyimizə səbəb olacaqdır”.

"8 Mart"la bağlı şagirdlərdən pul yığımı, onların hədiyə almağa məcbur edilməsi qəbuledilməzdir. Bu hala yol verən müəllim kollektivi ciddi şəkildə cəzalandırılacaq.

Eşqi Bağırov- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru: “Neqativ hallarla bağlı daxil olan sorğular, müraciətlər tərəfimizdən araşdırılır, bir neçə hallarda monitorinqlər də aparılır. Təəssüf ki bu tipli hallara, xüsusən də sosial şəbəkələrdə də bəzən paylaşımları müşahidə edirik, bu tipli hadisələr baş verdikdə də reaksiyalarımız çox yubanmayacaq, aidiyyatı, məsul şəxslər barədə ölçülər götürüləcəkdir”.

Salyanda məktəbli qızın erkən nikaha cəlb edilməsi məsələsinə də toxunan qurum rəsmisi bildirdi ki, hadisə ilə bağlı Şirvan Salyan regional təhsil idarəsinin rəhbərliyi üzərinə düşəni edib. Hazırda iş hüquq mühfizə orqanlarındadır.

Azad Mustafayev