KepezTV Player
"Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləyib, ana haqqını uca tutub. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çox-əsrlik zəmin üzərində formalaşıb". Bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb. Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar. 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirib.
- Baxış: 159