• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 820
— 06.03.2024 16:24

Prezident: "Azərbaycanla Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyət çərçivəsində əməkdaşlıq edir"

KepezTV Player

Azərbaycan və Rusiya iki ildən bir az çoxdur ki, qarşılıqlı müttəfiqlik çərçivəsində əməkdaşlıq edir. Bunu Prezident İlham Əliyev Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşdə deyib. Dövlət başçısı iqtisadi- ticari sahədə də 17 faizlik artım olduğunu bildirib və nəticələri tam qənaətbəxş adlandırıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkələrimizi birləşdirən layihə kimi qeyd edən prezident İlham Əliyev bir sıra sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə diqqət çəkib. Keçid məntəqələrində daşıma gücünün 5 dəfə artdığını söyləyən qonaq Mixail Mişustin isə bunu birgə böyük sistemli iş adlandırıb.