• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 06.03.2024 16:06

Həmid Araslının 115 illiyi münasibəti ilə konfrans

KepezTV Player

 

Gəncə şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə bölməsi tərəfindən görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 115-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Elmi-praktik konfrans “Akademik Həmid Araslı və Azərbaycan Ədəbiyyatşünaslığı”na həsr olunub. Çıxışlar Həmid Araslının Azərbaycan ədəbiyyatı tarixi, klassik ədəbi irsində rolundan, “Kitabi - Dədə Qorqud” dastanı, Həmid Araslının Nizamişünaslıq, folklorşünaslıq, mətnşünaslıq fəaliyyətləri ilə bağlı məruzələri əhatə edib. Bildirilib ki, Həmid Araslının monoqrafiyalarının yazılmasından 50 ildən artıq vaxt keçməsinə baxmayaraq, indi də ədəbiyyat mütəxəssisləri həmin əsərlərə ən etibarlı mənbə kimi müraciət edirlər.

 

Aişə Rzayeva