• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 05.03.2024 16:43

“Şən startlar” əyləncəli idman oyunu keçirilib

KepezTV Player

Gəncə şəhər 29 nömrəli tam orta məktəbin idman zalında 4-cü sinif şagirdləri arasında “Şən startlar” əyləncəli idman oyunu keçirilib. 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunan tədbir məktəbdə təhsil almış Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası ilə başlayıb. Şagirdlərin iştirakı ilə müxtəlif növ idman oyunları üzrə yarışlar təşkil olunub. Belə tədbirin keçirilməsi Vətən Müharibəsi şəhidlərinin xatirəsini uca tutmaq, uşaqların idmana olan marağını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkilinə tövfə verməkdir. Sonda yarışlarda yer tutan komandalar təşkilatçılar tərəfindən diplomlar ilə təltif olunublar.

Saidə Tağızadə- 29 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən: “Hər bir azərbaycanlı və biz də zərər çəkmiş məktəb olaraq idman yarışına dəvət etdiyimiz şəhid ailələrimizi məktəbin həyətində ağacəkmə aksiyasına dəvət etdik və hər bir fidanın əli ilə məktəbimizin şəhid məzunlarının adına ağaclar əkildi”.

Vüsalə Cənnətova