İsmayıllıda polisə müraciət edən yetkinlik yaşına çatmayan şəxsin valideynləri 2 nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə aldıqlarını və geri qaytarmaq qarşılığında pul tələb etdiklərini bildiriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
- Baxış: 177