• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 05.03.2024 16:00

53 min hektardan çox ərazidə minatəmizləmə əməliyyatları icra edilib

2023 cü ildə ANAMA və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət, eləcə də qeyri dövlət qurumları tərəfindən azad edilmiş rayonlarda ümumilikdə 53 min hektardan çox sahədə təmizləmə işləri aparılıb. Həmin ərazilərdə 31 min 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Nazirlər Kabinetinin 2023 cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Minatəmizləmə əməliyyatlarının 14016 hektarı Cəbrayıl rayonunun ərazisində icra edilib.