• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 05.03.2024 12:03

"Köndələnçay" su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb

KepezTV Player

İşğaldan azad edilmiş "Köndələnçay" su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib ki, Həkəri, Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi ilə bağlı texniki işlər yekunlaşmaq üzrədir. "Zabuxçay üzərində su anbarının tikilməsi ilə bağlı işlərin 65 faizi görülüb və bu ilin sonunda yekunlaşacaq. İkinci ən böyük su anbarı "Sərsəng" su anbarında müəyyən təmir bərpa işləri aparılır".