• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 04.03.2024 19:46

Minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi baş verib.  "VAZ-2107" və "VAZ-21010"markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xaçmaz rayonu Moruqoba kənd sakini 1986-cı il təvəllüdlü Vitaliy Novruzov, 1981-ci il təvəllüdlü Xudat şəhər sakini, Bəhruz Həmrayev və Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Elminaz Əliyeva qəzada yaralanıb. Xəsarət alanlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.