• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 04.03.2024 19:34

AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır. Bunu Prezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə də toxunulub. Rosen Dimitrov Jelyazkov Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edib. Dövlət başçısı bu niyyəti müsbət dəyərləndirib. Söhbət zamanı həmçinin enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulanıb.