TƏBİB-in dəstəyi və Gəncə şəhər Birləşmiş xəstəxanasının təşkilatçılığı ilə tibb işçiləri üçün konfrans keçirilib. 8-Mart Beynəlxalq Qadınlar gününə həsr olunan tədbirdə “Ginekologiyanın aktual problemləri”ndən danışılıb. Sonsuzluq, təbii doğuş, qeysəriyyə kəsiyi əməliyyatı, uşaqlıq cismi xərçəngində müasir yanaşma barəsində çıxışlar olub. Həmçinin qadın xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər və son tədqiqatlar barədə təqdimatlar edilib. Topalntıda Gəncədə və ətraf regionlarda fəaliyyət göstərən 100-ə yaxın həkim iştirak edib.
- Baxış: 94