• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 02.03.2024 11:36

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

KepezTV Player

 Prezident İlham Əliyev bildirib ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Azərbaycan bu prosesi ənənəvi ehtiyatların çatışmadığına görə deyil, neft-qaz satışından əldə olununan gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə buna ehtiyacın olduğuna dair ümumi anlayış yaratmaq istəyir.


Azərbaycan Respublikasının Prezidenti: Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.


Azərbaycan Respublikasının Prezidenti:  Azərbaycanın neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmadığını bildirən dövlət başçısı qeyd edib ki, ölkəmiz nefti inkişafa çevirərək, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olub.  Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin.


Prezident bildirib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensial 157 giqavat təşkil edir. Azərbaycan 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.