• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 01.03.2024 20:04

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir

Bu ilin əvvəlindən martın 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub. Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar  partlatma və yandırma üsulları ilə məhv edilir.