Ermənistanla Azərbaycan arasında qarşıdurma xətti yox, real sərhəd olmalıdır. Bununla bağlı Azərbaycan tərəfinin Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə dair açıq sualı var. Prezident köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışında bildirib ki, militarizasiyaya dair proqramlar artıq təşviq edilməməlidir.
Hikmət Hacıyev - Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan Cənubi Qafqazda əlaqələndirmə xətlərinin inşasını davam etdirəcək. Bu prosesə Rusiya-Ukrayna müharibəsi səbəbindən deyil, çox illər əvvəl başlanılıb. Və biz Gürcüstan və Türkiyə ilə birlikdə real dəmir yolu komponenti inşa etmişik. Digər tərəfdən, Cənubi Qafqaz, Türkiyə, Qara dəniz və Xəzər dənizini əhatə edən enerji komponentini də inşa etmişik.
- Baxış: 87