• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 01.03.2024 15:03

H.Hacıyev: "Forumda Azərbaycanın regionda əməkdaşlığın daha da inkişafı ilə bağlı baxışları iştirakçılara çatdırılacaq"

Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Bunu Antalya Diplomatiya Forumu 2024 çərşivəsində Türkiyədə olan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Tərəflər arasında diplomatik danışıqların davam etdiyini, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşünün məhsuldar və pozitiv atmosferdə keçdiyini sözlərinə əlavə edib. Hikmət Hacıyev keçirilən tədbirdən də söz açaraq Azərbaycanı geniş heyətlə foruma dəvətinə görə Türkiyəyə təşəkkürünü bildirib.