• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2509
— 01.03.2024 13:21

Aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

KepezTV Player

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Şəhərin mərkəzində  həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.  Baş Prokurorluqdan verilən məlumata görə, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfərə çatıb. Onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hadisə yerinin müayinəsi davam etdirilir.