• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 01.03.2024 12:12

Prezident İlham Əliyev: "Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub"

KepezTV Player

Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir. Bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. "Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Deyən dövlət başçısı onu da vurğulayıb ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət Azərbaycanın görəcəyiişlərin vacibliyini göstərir. Dövlət başçısı növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacağını da diqqətə çatdırıb.