KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə görüşüb. Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gələn nazirlər qardaşlıq münasibətlərinin genişləndirilməsi, bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti də qeyd olunub.
Ceyhun Bayramov Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə də görüşüb. Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
- Baxış: 93