• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 29.02.2024 15:42

100-ə yaxın ağac əkilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Park-Kompleksində ağacəkmə aksiyası keçirilib. 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar parkın ərazisi Eldar şamı və sərv ağacları ilə yaşıllaşdırılıb. Ümumilikdə 100-ə yaxın ağaclar əkilib. Aksiyanın keçirilməsində məqsəd, ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır. Yaşıllaşdırma tədbiri ilə gənclər arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissi təbliğ olunub.

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də bu gün gerçəkləşdi. Bildiyiniz kimi ötən il ölkə başçısının sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəy olaq” ili elan olunmuşdur. Bu səbəbdən biz də bu aksiyaya qoşulmuşuq”.

Pərvin Abbaszadə