• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 29.02.2024 11:42

Braziliya Azərbaycanla münasibətləri daha da yaxınlaşdırmaqda maraqlıdır

KepezTV Player

Braziliya Azərbaycanla münasibətləri daha da yaxınlaşdırmaqda maraqlıdır. Bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub. Dövlət başçısı məktubunda Braziliya və Azərbaycan arasında dostluq əlaqələrinin iki ölkə xalqının rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. "Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram. Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaq" - deyə məktubda vurğulanıb.