• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 29.02.2024 11:39

"Macarıstanla strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk"

KepezTV Player

Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Bu barədə Prezident İlham Əliyevin Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubunda deyilir. “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik”, - məktubda vurğulanır.