• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2163
— 28.02.2024 16:54

Yük avtomobilləri toqquşub, sürücülər köməksiz vəziyyətdə qalıb

İsmayıllı rayonu, Qurbanəfəndi kəndində “SHACMAN” və “İSUZU” markalı yük avtomobilləri toqquşub. Nəticədə sürücülər deformasiyaya uğrayan avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Onlar FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.