• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 28.02.2024 16:13

Ölkəyə Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistanda çirkləndirilir

Dövlətlərarası əlaqələrin pozulması bütün sahələrdə olduğu kimi, dünyanın su təsərrüfatında da ciddi problemlər yaradıb və bu, Azərbaycandan da yan keçməyib. Bu fikri Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə müəyyən uğurlarla yanaşı çatışmazlıqlar da var. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində daima çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bunu da İran və Ermənistan çirkləndirir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil".