• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 28.02.2024 16:09

Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür

KepezTV Player

Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 36 il ötür. Məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Şahid ifadələri təşkilatçının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Prezident İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılan beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi. Hadisələrin həqiqi mahiyyəti üzə çıxdı, iğtişaşların sovet rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanan ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edildi. SSRİ Konstitusiyası əsasında Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək, Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.