• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 28.02.2024 16:04

“Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri

Goranboyda Rayon İcra Hakimiyəti və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib. İcra başçısı Məhərrəm Quliyev, “N” saylı hərbi hissənin rəhbər və bir qrup şəxsi heyəti, rayonun müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir "Əsgərə məktub" layihəsi çərçivəsində vətən keşiyində dayanan hərbçilərə məktubların yazılması ilə başlayıb. Novruz bayramının ilk müjdəçisi Su çərşənbəsinə təsadüf edən tədbirdə, hərbi hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı, respublikanın və Goranboyun tanınmış incəsənət ustalarının ifasında musiqili proqram nümayiş etdirilib. Məktəblilər tərəfindən hazırlanan kitab, rəsm, əl işləri sərgisi, idman və mədəniyyət evlərinin təqdim etdikləri milli kulinariya nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən, bilik və idman yarışlarında yer tutan məktəblilər fəxri fərmanlarla təltif ediliblər. Kəndirbaz tərəfindən nümayiş etdirilən akrobatik hərəkətlər milli adətlərin yaşadılması baxımından əhəmiyyət daşıyıb. Tədbir Novruzun əsas əlaməti olan tonqalın qalanması ilə davam edib.