• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 28.02.2024 15:46

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən 3 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 5 tüfəng, 49 qumbara, 61 qumbara alışdırıcısı, 17 partlayıcı, 236 patron darağı, müxtəlif çaplı 12 min 255 patron və digər sursatlar götürülüb.