• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 27.02.2024 19:57

Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar əsassızdır

KepezTV Player

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. Qarşı tərəfə xatırladılıb ki, iğtişaşla bağlı SSRİ Baş Prokurorluğunda cinayət işi açılıb, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilib. Hadisə qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilMƏdiyini sübut edir. Vurğulanıb ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.