• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 27.02.2024 15:47

Martın 10-da buraxılış imtahanı keçiriləcək

Martın 10-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. DİM-dən verilən xəbərə görə, imtahan Bakı və Gəncə də daxil olmaqla ölkənin 33 şəhər və rayonunda reallaşacaq. Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə, Zəngilanda Ağalı kənd tam orta məktəbində, Laçında Şəhər 2№-li və Zabux kənd tam orta məktəblərində də şagirdlər imtahan verəcəklər. İmtahanda iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər.