Azərbaycanın Fransadakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Mərasimdə Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş “13” bədii sənədli filmi nümayiş etdirilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin qan yaddaşına daxil olan Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı və soyqırımı olduğunu, bu cinayəti törədənlərin hüquq qarşısında cavab verəcəklərini vurğulayıb.
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” aksiyası keçirilib. Vaşinqtondakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada həmvətənlərimiz əllərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlarla səfirlik binasının önünə gəliblər. Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.
- Baxış: 156