KepezTV Player
Gəncədə Mərkəzi Bankın təşkilatçılığı ilə “Resurslar məhduddur” mövzusunda maliyyə savadlılığı seminarları keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən təlimdə Gəncə məktəblərindən olan 30 müəllim virtual olaraq Milli pul nişanları və onların təhlükəsizlik elementləri haqqında çıxışlar ediblər. Ölkənin dayanıqlı inkişafında Mərkəzi Bankın rolu və İstehlak kreditlərinin xüsusiyyətləri mövzusunda məlumat verilib. Tədbirə ümumilikdə 100 şagird qoşulub.
Aişə Rzayeva
- Baxış: 135