• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 21.02.2024 16:26

Fikrət Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

Bakının Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Fikrət Quliyevin torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Fikrət Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.