• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 19.02.2024 16:08

Daxildə emal gömrük prosedurunda dəyişikliklər

KepezTV Player

Ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal gömrük proseduru üçün idxal edilən malların dəyəri 85 faiz artıb. Prosedurdan istifadə edən şirkətlərin sayında isə 77 faiz artım müşahidə edilib. Eyni zamanda prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub.

İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini İlkin Şamilov: Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər edilib. Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya ixrac etmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.