Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. Yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib. Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov qızıl mükafat qazanmağa çalışacaq. Daha əvvəl Hidayət Heydərov və Zelim Tçkayev qızıl, Ömər Rəcəbli gümüş, Balabəy Ağayev və Yaşar Nəcəfov bürünc medal qazanıblar.
- Baxış: 129