Göygöl Rayon Gənclər Mərkəzində "İrəvan" Rəqs Qrupunun Qərbi Azərbaycana Qayıdış şüarı altında konsert proqramı təşkil olunub. Bu, qrupun Göygöldəki ilk böyük çıxışıdır. 1 saat davam edən konsertdə kiçik rəqqasların nümayiş etdirdikləri milli və xarici rəqslərlə yanaşı, xüsusilə İrəvan Yallısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda rayon rəhbərliyi tərəfindən Qərbi Azərbaycana qayıdışın önəmi və bu prosesə uşaqların böyük marağı iştirakçıların diqqətinə çatdırılıb.
Zöhrə Cabbarova- “İrəvan" rəqs qrupunun məşqçisi: "Biz Qərbi Azərbaycanlı olaraq və burda olan uşaqların çoxu Qərbi Azərbaycanlıdır. Bunu uşaqlarda vətənpərvərlik hissi yaratmağa çalışdıq ki, onlar özlərində o vətənpərvərlik hissini yaşatsınlar və bilsinlər ki, necə ki 30 illik həsrətin sonuna 44 gündə son qoyduqsa, bizim bir gün İrəvana da geri qayıdacağımızı dərk etsinlər. Çünki onlar hələ körpədirlər. Onları biz vətənpərvər ruhda böyütməliyik".
- Baxış: 179