• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 17.02.2024 12:10

Güclü yanğın zamanı ev tamamilə yararsız hala düşüb

KepezTV Player

Gəncədə güclü yanğın hadisəsi baş verib. Olay şəhərin Ordubadi küçəsi, ev 101 ünvanında qeydə alınıb. Şəhər sakini 1995-ci il təvəllüdlü Emil Aslanova məxsus, ümumi sahəsi 220 kv metr olan 5 otaqlı evdə qeydə alınan yanğınla bağlı Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinə müraciət daxil olub. Dərhal hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-ə yaxın canlı qüvvə cəlb edilib. Evin 5 otağı tamamilə yanıb. Alov söndürülüb, xəsarət alan yoxdur. Hadisənin səbəbləri araşdırılır.