• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 16.02.2024 21:32

Moskva-Gəncə təyyarələri hava şəraitinə görə Bakıya enib

KepezTV Player

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskvanın Vnukova aeroportundan Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi Gəncəyə - təyinat nöqtəsinə çatıb. Bu gün, eləcə də Rusiyanın "Yutair" şirkətinə məxsus Moskva-Gəncə reysi də eyni səbəbdən baş tutmayıb. Reyslə gələn təyyarə əvvəlcə Bakıya enib. Sonra Nizami yurduna gəlib. Hər iki təyyarə bir qədər öncə müəyyən intervalla Gəncədən sərnişinlərlə Moskvaya yola düşüb.