• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 16.02.2024 15:52

Muxtar Respublikanın 100 illiyi qeyd edilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda reallaşan tədbirdə Muxtar Respublikanın 1924-cü il 9 fevral tarixində yaranması, mürəkkəb dövrlərdə keçməkeşli yol qət etdiyi vurğulanıb. Çıxışlarda Prezident İlham Əliyevin Naxçıvana tarixi səfərlərindən danışılıb, Muxtar Respublikada son illərdə görülən işlərin, həyata keçirilən quruculuq tədbirlərinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı kimi qiymətləndirilib. Qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın tarixi inkişaf yolundan geniş bəhs edilib.

Mətanət Əliyeva- AMEA Gəncə Bölməsinin əməkdaşı: “Naxçıvanın əzəli Azərbaycan torpaqları olması, arxeoloji tədqiqatlarla, yaradılmış abidələrlə öz sübutunu yetirdi. Eləcə də Naxçıvan ərazisinə iddia edən ermənilərin saxtakarlığı, yalanları da əsaslı, tutarlı dəlillərlə ifşa olundu. Naxçıvan MR-nın yaradılmasının 100 illiyi Azərbaycanın əzəli torpaqlarının Azərbaycandan heç zaman ayrılmamasının və ayrıla bilməməsinin bir sübutudur”.

Pərvin Abbaszadə