• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 16.02.2024 11:23

Sərhəd diviziyasında yeni inşa olunan yaşayış binaları istifadəyə verilib

KepezTV Player

Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib. Yaşayış şəhərciyi 5 binadan 140 mənzildən ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı inşa edilib.