KepezTV Player
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməyi münasibətilə təbrik edib. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq. Quterreş həmçinin vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda, çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır.
Malta Prezidenti Corc Vella da Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
- Baxış: 146