• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1934
— 15.02.2024 19:29

Naftalan ərazisində yaşıllaşdırma aksiyası keçirilib

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə Həmrəylik İli”çərçivəsində “Yaşıl dünya naminə Həmrəylik İlinin elan edilməsi-məqsədyönlü siyasətin məntiqi nəticəsidir” mövzusunda tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlar və bitkilərdən ibarət sərgiyə baxışla başlayan tədbirdə “Təbiəti qoruyaq” adlı video-çarx nümayiş etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycanın dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdən olduğuna diqqət çəkib. COP29-un ölkəmizdə keçirilməsindən danışıb və 2024-cü ilin “Yaşıl dünya naminə Həmrəylik İli” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olduğunu bildirib. Çıxışlarda “Qlobal İqlim Dəyişikliyinin həlli qlobal həmrəylik tələb edir”, “Yaşıl dünya naminə dövləti ilə həmrəy olan vətəndaş cəmiyyəti” mövzularında müzakirələr aparılıb. Azərbaycanda son 30 ildə Qarabağ münaqişə səbəbindən ekosistemə ciddi zərər vurulduğu, ətraf mühitin müxtəlif çirklənmələrə məruz qaldığı vurğulanıb. Tədbir ağacəkmə aksiyası ilə davam edib. Aksiyaya Naftalanda müalicə alan bir qrup xarici turist də qoşulub. Şəhərin yeni Bayraq Meydanında reallaşan yaşıllaşdırma tədbiri zamanı 100-dən çox zeytun və oleandr ağacları əkilib.

Pərvin Abbaszadə