“Artıq ikinci dəfədir Avropa çempionu adına yiyələnirəm. Bu uğurların arxasında böyük əziyyət durur”. Bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib. 67 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı məşqçilərin rəhbərliyi altında ciddi hazırlıq keçdiyini bildirib.
- Baxış: 109