• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 15.02.2024 12:26

Qəbul imtahanlarının vaxtı açıqlanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları və sənəd qəbulu tarixləri müəyyən olunub. Qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də olacaq. Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə  olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi martın 1-dən 15-dək həyata keçiriləcək.