• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 15.02.2024 12:11

“Pəri cadu” tamaşasının premyerası olub

KepezTV Player

Gəncə Dövlət Dram teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. Faciə janrında yazılan “Pəri cadu”da öz taleləri ilə mübarizədə asan, əziyyətsiz, qısa yolu seçib, nəfsinə uyub, məhv olan insanların faciəsi önə çəkilir. Əsərdəki obrazlar tapdalanmış qürurlarını təmin etmək üçün ən son edilməyəcək olan işləri çox rahatlıqla edirlər və bəlalara uğrayıb məhv olurlar. Əsər nəfsinə məğlub olmuş Qurban, Hafizə xanım, Pəri, Səlimə kimi insanların taleyindən bəhs edir. Tamaşada xoşbəxtliyin var-dövlətdə olmadığı, pulla xoşbəxtliyi almağın mümkün olmadığı çatdırılır. Elşad Əhmədovun quruluş verdiyi səhnə işində Sevda Orucova, Kəmalə Məmmədova, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Emil Salmanov və Elmir Məmmədov rol alıblar.

Aişə Rzayeva