• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 15.02.2024 12:07

Azərbaycan 2050-ci ilədək azad edilən əraziləri "Karbon Neytral" zonasına çevirmək əzmindədir

KepezTV Player

Azərbaycan BMT Təhlükəsizlik Şurasına iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə və Ermənistanın işğalının ətraf mühitə və biomüxtəlifliyə fəlakətli təsirini aradan qaldırmaq səyləri barədə məlumat verib. BMT yanında daimi nümayəndə Yaşar Əliyev bildirib ki, COP29-un sədri kimi, Azərbaycan Konfransın uğurunu təmin etmək üçün inklüziv və birgə işləməyə sadiqdir. İqlim böhranı ilə mübarizəyə, habelə beynəlxalq həmrəyliyin təşviqi və gücləndirilməsinə töhfə vermək üçün səylərini əsirgəməyəcək. Hazırda işğaldan azad edilən ərazilərində geniş bərpa, yenidənqurma və reinteqrasiya səyləri həyata keçirilir. Bu fəaliyyətlər iqlimə əlverişli, ekoloji təmiz texnologiyalara, həmçinin "ağıllı" və "yaşı" yanaşmalara əsaslanır. Azərbaycan 2050-ci ilə qədər bu əraziləri "Karbon Neytral" zonasına çevirmək əzmindədir.