• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 15.02.2024 12:03

İstismara verilən 4 SES-də 77 milyon kVt/saat "yaşıl enerji" istehsal edilib

KepezTV Player

Bu günə kimi “AzərEnerji” ASC tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon KVt/saatdan artıq ekoloji cəhətdən "yaşıl enerji" istehsal edilib. Bununla da 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili "yaşıl" dünya naminə həmrəylik ili elan edərək COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda “yaşıl enerji”nin əhatəsi sürətlə genişləndirilir. Xüsusən də işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır.