• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 14.02.2024 10:08

Maraqlıdır

2013-cü ildə bir cütlük evlərinin yaxınlığında kimə aid olduğu bəlli olmayan, bir xəzinə sikkə tapır. 27 min dollar dəyərində olan, lakin tarixi dəyərinə görə hazırda 10 milyon dollara dəyərləndirilən xəzinənin, Amazonda satışı planlaşdırılır. Xəzinəni tapan cütlük insanların pul axtarmaq üçün evlərinə gələ biləcəyindən qorxaraq, xəzinəni harada tapdıqlarını bildirməmək qərarına gəliblər. Hələ də xəzinənin kimə məxsus olduğu naməlum olaraq qalır.
Bermurd şortlarının 20-ci əsrin 30-cu illərində Bermudda mövcud olan qadağaya görə yarandığı deyilir. Orada qadınlara ombalarını xalqa göstərmələri qadağan edilmişdi. Buna görə ixtiraçı qadınlar adi şortları uzadaraq dəyişiklik etdilər. Hətta ilk dəfə Bermud şortları hərbi formanın bir hissəsi kimi İngilis müstəmləkə qoşunlarında meydana çıxıb. Onlar isti ölkələrdə geyinilmək üçün hazırlanmışdı. Bermud adaları da Böyük Britaniyanın müstəmləkəsi olduğundan orada da geniş yayılıb, geyinilməyə başlanıb. İndi isə bu şortlar demək olar bütün ölkələrdə geyinilir.

Akropl və Parfenon kimi yerlərdə hüdürdaban ayaqqabı ilə gəzmək qəti qadağadır. Gəzinti üçün sadə ayaqqabı kifayətdir. Həm rahat gəzərsiniz, həm də özünüzü yunan polisindən qoruyarsınız.

İspaniyada yalnış ayaqqabı sizin üçün problem yarada bilər. İş orasındadır ki, bu ölkədə maşın sürmək üçün “ayyaqabı qanunu”-na əməl etməlisiniz. Açıq dabanlı ayaqqabı ilə maşın sürmək qadağandır. Çəkələklə sükan arxasına oturmaq söhbətini də unudun. Təbbi ki, maşını ayağıyalın sürmək olmaz. Bu halın qəzalara daha çox yol açacağı düşünülür.

Sükan arxasına oturarkən hər şeyə diqqət etmək vacibdir. Ən əsası isə, benzindir. Çünki Almaniyada benzinlə bağlı belə bir qanun var.  Adi vaxtlarda da benzinin bitməsi streslidir. Almaniya avtobanlarında isə bu hal ikiqat stressdir, çünki benzinin yolda bitməsi qanunsuzdur. Almaniyada uzun yola çıxmaqdan öncə marşrutu hesablayın və avtomoilinizə benzin vurub yola çıxın ki, başınız ağramasın. İşdir, birdən avtobanda benzininiz bitsə, sizi həbsə atmasalar da, mütləq cərimələyəcəklər.

Lalə Sadıqova

ƏTRAFLI...