"Samsung" bütün televizorlarında "Google"un səsli köməkçisini deaktiv edəcək. Bu barədə "GizmoChina" məlumat yayıb. Bildirilir ki, 2024-cü il martın 1-dən "Google Assistant" səsli köməkçisi bütün smart televizorlardan silinəcək. Qayda həm yeni cihazlara, həm də işlənmiş televizorlara şamil olunacaq.
Xatırladaq ki, "Samsung" 2020-ci ilin modellərində ilk dəfə səsli köməkçini əlavə etdi. Hazırda virtual köməkçi 2020-2022-ci illərdə istehsal olunan cihazlarda, "Crystal UHD", "Lifestyle", QLED modellərində mövcuddur.
Korporasiya televizorların hansı səbəblərdən ləğv edildiyini açıqlamayıb.
- Baxış: 289