• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 13.02.2024 10:15

Gənc İT mütəxəssisi

Müasir dövrdə texnologiyanın inkişafı nəticəsində İT sahəsinə tələbat, eyni zamanda maraq artıb. Kompüterlər həyatımızın bir hissəsinə çevrilib desək, tam yerinə düşər. Bu gün “Gəncəm”də kompüter bilikləri ilə seçilən Hilal bəyi tanıyacağıq.

Hilal Əhmədzadə- İT mütəxəssisi: “Kompüter sənətinə uşaqlıqdan marağım var idi. Kiçik yaşlarımdan oyunlarla başlayan bu həvəs böyüdükcə təkmilləşdi. Ailəmin dəstəyi ilə fikrimi tam olaraq bu sahəyə yönəltdim. Rəsmi olaraq bu sahədə artıq 4 ildir ki, çalışıram. Kompüterdə iş prinsipimiz öncəliklə kompüterlərə texniki qulluq göstərməkdir. Təbii ki, bu proses müştərilərdən, şirkətlərdən asılı olaraq dəyişir. Gündəlik istifadəçi olan müştərilər kompüterin zəif işləməsi, bilinməyən mənbələrdən düşən viruslar və  bu kimi problemlərlə qarşılaşdıqda biz kömək oluruq”.

Evdə, işdə və demək olar ki, həyatımızın hər anında kompüterlər  bizim daim istifadə etdiyimiz vasitədir. Hilal bəydən “Kompüter alarkən nəyə diqqət etməliyik?” bu barədə soruşduq.

Hilal Əhmədzadə- İT mütəxəssisi:  “Günümüzdə tələbat ən çox kompüterədir. Demək olar ki, elə bir iş yeri yoxdur ki,  orada kompüter olmasın. Kompüter alarkən daxili sistemə, ram, yaddaş qurğusu və ekrana diqqət yetirilməlidir. Ofis proqramları, çertyoj, müsahibat proqramlarını öyrənmək lazımdır. Və bu biliklərə yiyələnmək üçün xüsusi kurslar var”.

Hilal bəy gələcəkdə də İT sahəsində özünün təkmilləşdirməyi hədəf qoyduğunu qeyd etdi. Və son olaraq gənclərə öz tövsiyəsini verdi.

Hilal Əhmədzadə- İT mütəxəssisi: “Gələcəkdə İT bacarıqlarımı daha çox təkmilləşdirmək istəyirəm. Və son olaraq gənclərə tövsiyə edərdim ki, təhsil hər şeydən öncə gəlir. Kimin hansı sahəyə, peşəyə marağı varsa işini peşəkarlıqla yerinə yetirsin”.

Fidan Qədimova