Azərbaycanın üç yunan-Roma güləşçisiBuxarestdə keçirilən Avropa çempionatında medal qazanıb. 63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib. Rəşad Məmmədov həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Beka Kandelaki norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə qalib gələrək bürünc mükafatın sahibi olub. İslam Abbasovisə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub. Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
- Baxış: 156