KepezTV Player
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa”nın qonağı olacaq “Qarabağ” Portuqaliyaya yola düşüb. Komanda çarter reysi ilə səfərə yollanıb. Ağdam təmsilçisinin heyətində Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən Braqadakı matçı buraxacaq. Fevralın 15-də “Munisipal” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü fevralın 22-də Bakıda olacaq.
- Baxış: 123